"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

K. Bayramov : “Apelyasiya şuralarının bələdiyyə sisteminə tətbiqi bütün hallarda alınmır”

--2017-04-22 / 21:17

“Hazırda müzakirə olunan qanun layihəsi təşəbbüs deyil, cənab prezident   ilham əliyev tərəfindən ötən il  imzalanan  “Açıq hökumətin təşviqi üzrə” Milli fəaliyyət Proqramına  uyğun hazırlanan qanun layihəsidir” – bu sözləri Milli Məclisin Regional Məsələlər  Komitəsin üzvü Kamran Bayramov  “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsinin müzakirəsi zamanı  bildirib.

Onun sözlərinə görə, dövlət qulluqçularının etik davranış qaydalarının təsdiq edildiyi halda bələdiyyə qulluqçularının etik davranış qaydalarının müzkirəyə çıxarılması gözlənilən idi.

Bu gün müzakirəyə çıxarılan layihə lazımlı bir qanundur. Bu qanun bələdiyyə üzvlərinin məsuliyyətini artırmaqla, bələdiyyə üzvlərin hər hansı fəaliyyətinin bələdiyyə iclasının predmeti ola biləcəyinə imkan verəcəkdir. Bununla yanaşı qanunun təsdiqi bələdiyyə üzvlərinin gələcəkdə həm davranışlarında, həm fəaliyyətlərində hər hansı neqativ  hadisənin baş verməsinə imkan verməyəcəkdir.

Bələdiyyələrdə apelyasiya şuralarının yaradılmasına toxunan millət vəkili bildirib ki, belə bir təcrübə ölkəmizdə artıq vardır. Lakin  onun bələdiyyə sisteminə tətbiqi bütün hallarda alınmır. Çünki bələdiyyə seçkili orqandır və onun yuxarı instansiyası yoxdur. Bələdiyyə iclasının qərarından  narazı qalan bələdiyyə üzvü ancaq məhkəməyə müraciət etməlidir. 

Millət vəkili daha sonra həmkarı F.ibrahimlinin fikrinə də münasibət bildirib:

“Millət vəkili Fəzail ibrahimlinin bir fikri ilə razıyam ki, həqiqətən bu gün bələdiyyə üzvlərinin mütləq əksəriyyəti bələdiyyənin fəaliyyəti ilə bağlı qanunvericilikdən və ümumiyətlə, bələdiyyənin fəaliyyətindən xəbərsizdir. Bu, acı reallaqıdır və biz bunu qəbul etməliyik”- deyən deputat bununla yanaşı sözlərinə əlavə edib ki, yenə də heç olmasa, bələdiyyə sədrləri bələdiyyə qanunverciliyindən və onun fəaliyyət istiqamətindən xəbərdardır.

“Bu da onların gündəlik fəaliyyəti ilə bağlı olduğu üçün qanunlardan xəbərdardırlar. Ona görə də millət vəkili  Fəzail ibrahimli bu deyimində haqlıdır…”- deyə, K. Bayramov bildirib.

Xatırladaq ki, çıxışında millət vəkili Fəzail  ibrahimli bir çox  bələdiyyə üzvlərinin qanunlardan xəbərsiz olduqlarını, bir şox hallarda problemin yaranmasında da elə qanunu bilməməzliyinin dayandığını  vurğulamışdı.

Belediyye.info 

ŞƏRHLƏR